Banner

İngiltərədə nəqliyyat xaosu yaranıb

Xəbərlər 27 Dekabr 2022 17:59 Oxunub 1902
İngiltərədə nəqliyyat xaosu yaranıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Böyük Britaniyada Miladdan sonrakı gündə dəmiryol tətilləri səbəbindən nəqliyyat xaosu yaranıb.

“Network Rail Stansted Express” ilə əlaqəli minlərlə Böyük Britaniya dəmir yolu işçisi dekabrın 24-ü axşam saat 18:00-dan 27 dekabr səhər 06:00-a qədər tətil edir. “Hitrou Ekspress” şirkəti də planlaşdırılan modernləşdirmə işlərini əsas gətirərək nəqliyyat xidmətləri göstərməkdən imtina edib.

Bu baxımdan Britaniya vətəndaşları ölkə daxilində yalnız avtomobil yolu ilə səyahət etməyə məcbur qalıblar.

Böyük Britaniyanın dəmir yolu, dəniz və avtomobil nəqliyyatı həmkarlar ittifaqının rəhbərliyi tətillərə görə günahı və məsuliyyəti dəmiryolçularla müntəzəm danışıqlardan sonra “yoxa çıxan” hökumət üzərində görür.

“Hökumət dəmir yolu sənayesinə iş təhlükəsizliyi, daha yaxşı iş şəraiti və daha yüksək əmək haqqı ilə bağlı danışıqlar aparmaq hüququ vermədikcə, tətilimiz davam edəcək”, - deyə həmkarlar ittifaqının baş direktoru Mik Linç bildirib.

oxu.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh