Banner

İnspektor kimi başlamışdı, sədr oldu - Şahin Bağırov kimdir?

Xəbərlər 14 Fevral 2023 20:03 Oxunub 1518
İnspektor kimi başlamışdı, sədr oldu - Şahin Bağırov kimdir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Bağırov Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.

Avtosfer.az Ş.Bağırovun dosyesini təqdim edir.

Ş.Bağırov 1965-ci ildə Bakıda anadan olub. 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib. İkinci təhsil kimi 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işinin təşkili” fakültəsindən məzun olub.

2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib.

Əmək fəaliyyətinə təyinat əsasında Azərbaycan Respublikasında Aqrar Sənayə Kompleksi sistemində ixtisasına uyğun olaraq fəaliyyətə başlayıb.

1992-ci ildən gömrük sistemində inspektor vəzifəsində fəaliyyətə başlayıb, gömrük sistemində müxtəlif vəzifələrdə çalışıb və Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə qədər yüksəlib.

2019-2022-ci illərdə Vergilər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində çalışıb.

2014-ci ildə gömrük xidməti general-leytenantı rütbəsi verilib.

2022-ci ilin iyulun 18-də  Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə  Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib.

Ailəlidir, 2 (iki) övladı var.

(qafqazinfo)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh