“İnstagram”da tanışını şantaj edən şəxs tutulub - FOTO
Xətai və Yasamal rayonlarında ayrı-ayrı şəxslərə qarşı soyğunçuluq edən şəxs saxlanılıb. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayətləri törətməkdə şübhəli bilinən Mehdi Abaszadə tutulub.
DİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, onun paytaxt ərazisində iki nəfərin 750 və 580 manat pulunu ələ keçirdiyi müəyyən edilib. Araşdırma zamanı Mehdi Abaszadənin paytaxtın digər ərazilərdə də analoji cinayətlər etdiyi məlum olub.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində isə “İnstagram” sosial şəbəkəsində tanış olduğu şəxsi daha sonra barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb edən Rasim Həsənov saxlanılıb. Onun müxtəlif vaxtlarda zərərçəkəndən metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında 1100 dollar aldığı müəyyən edilib.
Mehdi Abaszadə və Rasim Həsənov barəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Xətai Rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO













