İnstaqramda problem yaranıb

Xəbərlər 24 Mart 2021 23:59 Oxunub 3858
İnstaqramda problem yaranıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

ABŞ-da və bir sıra başqa ölkələrdə instaqram sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

“Report” xəbər verir ki, bu barədə məşhur internet-resursların işini izləyən “Downdetector” xidmətinin saytı məlumat yayıb.

Nasazlıqdan şikayət edən Amerika istifadəçilərinin 62%-i xəbər lentinə daxil olmaq problemlərindən şikayət ediblər. Sosial şəbəkə istifadəçilərinin 24%-i instaqrama daxil ola bilməyiblər.

Nasazlıqlardan həmçinin Böyük Britaniya, Kanada, Niderland və Almaniyadan olan sosial şəbəkə istifadəçiləri şikayət edirlər. Lakin bu ölkələrdən şikayətlər bir qədər azdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh