İpək Yolu istiqamətinin birgə inkişafı müzakirə edilib

Xəbərlər 14 Dekabr 2020 19:25 Oxunub 2486
İpək Yolu  istiqamətinin birgə inkişafı müzakirə edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Turizm Bürosu ilə Pakistanın turizm sənayesinin nümayəndələri ilə birlikdə turizm baxımından İpək Yolu istiqamətinin birgə inkişaf etdirilməsi məsələsini müzakirə edib.

Dövlət Turizm Agentliyindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Turizm Bürosu ilə Pakistanın turizm sənayesinin nümayəndələri arasında "Turizm və Davamlı İnkişaf Məqsədləri" mövzusunda keçirilən onlayn görüş zamanı iştirakçılara Azərbaycanın turizm potensialı nümayiş olunub.

Eyni zamanda, iki ölkə arasında postpandemiya dövründə gəlmə və getmə turizminin inkişaf etdirilməsi, investisiya yatırımlarının artırılması kimi məsələlər müzakirə edilib.

Pakistandan olan iştirakçılara işğaldan azad olunan Qarabağ bölgəsinin turizm imkanları və yaradılacaq yeni turizm marşrutları haqqında geniş məlumat verilib.

Azərbaycanın pakistanlılar üçün turizm destinasiyası kimi cəlbedici ölkə olduğunu bildirən Pakistanın turizm şirkətləri bu istiqamətdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.

Görüş çərçivəsində tərəfləri maraqlandıran suallar cavablandırılıb və sonda Azərbaycan Turizm Bürosu 2021-ci ilin mart ayında Pakistanda keçiriləcək "Beynəlxalq İpək Yolu Konfransı"na dəvət olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh