İpoteka krediti ilə bağlı elektron xidmətin təhlükəsizliyi yoxlanılıb

“Məlum olduğu kimi, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2023-cü il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb. Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna 1 fevral 2023-cü il saat 10:00-dan, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna isə 2 fevral 2023-cü il saat 10:00-dan başlanılıb”.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu birgə məlumatlnda qeyd olunub.
Bildirilib ki, vətəndaşlardan müraciətlərin qəbulu Elektron Hökumət (www.e-gov.az) portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən, hər kəsə bərabər şərait yaradılmaqla, real vaxt rejimində həyata keçirilib və bu zaman sistemin fəaliyyətində heç bir texniki nasazlıq və kənar müdaxilə halı müşahidə edilməyib.
Qeyd edək ki, İpoteka kreditləri üzrə əvvəlki dövrlə müqayisədə daha çox müraciətlərin olmasını nəzərə alaraq, “Elektron ipoteka və kredit zəmanət” sistemindən istifadənin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları ilə birgə elektron xidmətin təhlükəsizlik auditi üzrə yoxlamalar həyata keçirilmiş və dayanıqlı fəaliyyəti üçün informasiya sistemində optimizasiya işləri aparılıb.
Adi ipoteka kreditləri üzrə vətəndaşlardan 1770 müraciət daxil olub. Güzəştli ipoteka kreditləri üzrə isə 641 müraciət qeydə alınıb. Əvvəlki illərdə olduğu kimi, ipoteka kreditləşməsi üzrə müraciətlərin qəbulu və digər proseslər mövcud qanunvericiliyə və Fondun daxili qaydalarına uyğun olaraq davam etdirilir.
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO
Xırdalanda açılacaq tunel bu vaxtdan istifadəyə veriləcək – Rəsmi AÇIQLAMA
Prezident onu nazir müavini vəzifəsindən AZAD ETDİ
Ağlasığmaz fırıldaqları ilə məşhurlaşan “polkovnik”in taleyi necə oldu? - FOTOLAR
Bakının mərkəzi küçəsində sürücüləri çaşdıran yol nişanı ilə bağlı TƏDBİR GÖRÜLDÜ - FOTO
Hikmət Hacıyevin də adından yayılan video saxtadır - RƏSMİ
Məcəlləyə dəyişiklik edildi - Bu qayda pozuntusuna görə 500 manat cərimə
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB











