İqlim fəalları aeroportlarda aksiyalar keçirib

“Last Generation” (“Son nəsil”) iqlim hərəkatının üzvləri Almaniyanın Berlin, Köln, Bonn və Ştutqart şəhərlərinin hava limanlarında aksiyalar keçiriblər.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, iqlim fəalları Almaniyanın əsas hava limanlarının asfalt örtüyünə çıxaraq təyyarələrin hərəkətini dayandırıblar. Belə ki, “Last Generation” hərəkatının üzvləri Berlin, Köln, Bonn, Nürnberq və Ştutqart hava limanlarının uçuş zolaqlarına giriş əldə edərək, səlahiyyətliləri təhlükəsizlik səbəbi ilə uçuş əməliyyatlarını bir neçə saatlıq müvəqqəti dayandırmağa məcbur ediblər.
Qrup aksiyanın foto və videolarını “X” sosial şəbəkəsində paylaşıb, narıncı qoruyucu jiletlərdə olan bir neçə fəalın asfaltın üzərində “Neft öldürür” və “Müqaviləni imzala” yazılmış plakatlarla oturduğunu nümayiş etdirib.
Etirazlar qlobal “Neft öldürür” kampaniyasının bir hissəsi olub. Qrupun bəyanatında deyilir:
“ABŞ və Kanada da daxil olmaqla, “Last Generation” müttəfiq etiraz hərəkatları ilə birlikdə mədən yanacaqlarının mərhələli şəkildə ləğv edilməsi haqqında müqavilənin imzalanmasına çağırır”.
İqlim fəalları tələb edirlər ki, Almaniya hökuməti 2030-cu ilə qədər qazıntı yanacaqlarından mərhələli şəkildə imtina etmək üçün hökumətlərarası müqavilə imzalamaq məqsədi ilə beynəlxalq danışıqlara öhdəlik götürsün.
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB
Avtobusda soyğunçuluq edən 3 nəfər saxlanıldı - VİDEO
Dumanlı hava şəraiti səbəbindən görünüş məhdudlaşacaq
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır











