Banner

İran Atom Enerjisi Təşkilatının yeni rəhbəri təyin olunub

Xəbərlər 29 Avqust 2021 16:48 Oxunub 1584
İran Atom Enerjisi Təşkilatının yeni rəhbəri təyin olunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İran Prezidenti İbrahim Rəisinin sərəncamı ilə İranın Atom Enerji Təşkilatının yeni sədri təyin olunub.

Bu barədə İran hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bundan sonra təşkilata İranın sabiq yol və şəhərsalma naziri Məhəmməd İslami rəhbərlik edəcək.

İslami dövlət işlərində geniş təcrübəyə malikdir, eyni zamanda Mazandaran əyalətinin valisi vəzifəsində çalışıb.

Qeyd edək ki, indiyədək İranın Atom Enerji Təşkilatının sədri vəzifəsində Əli Əkbər Salehi çalışırdı./report

ŞƏRH YAZ
Ad

E-mail

Şərh