İran Azərbaycanla quru sərhədini bağlayır
Xəbərlər
25 Dekabr 2021 18:12
Oxunub 1754

İran hökuməti COVİD-19-un Omikron ştammına qarşı görülən tədbirlər çərçivəsində bu gündən etibarən quru sərhədini 15 gün müddətinə bağlamağa qərar verib.
Bunu İran Gömrük Komitəsinin sözçüsü Ruhullah Lətifi ölkə mətbuatına açıqlamasında bildirib.
O qeyd edib ki, ticarətlə bağlı giriş-çıxışlara isə məhdudiyyət qoyulmayacaq:
“Qərar İran İslam Respublikasının Koronavirusla Mübarizə üzrə Qərargahı tərəfindən qəbul edilib.
Qərara əsasən, Türkiyə, İraq, Əfqanıstan, Azərbaycan, Ermənistan və Pakistanla olan quru sərhəd qapıları bu gündən etibarən 15 gün müddətində bağlı olacaq”.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













