İran azərbaycanlı sürücülərdən "Tramp marşrutu"nun acığını çıxır

İran Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanan üçtərəfli bəyannaməyə etiraz olaraq, Naxçıvandan Bakıya yük daşıyan sürücülərə təzyiqlərini gücləndirib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb.
Bildirilib ki, Naxçıvandan yola düşən sürücülər günlərlə ac-susuz, çöllük ərazidə toz-torpaq içində gözlədildikdən sonra Azərbaycana buraxılırlar.
"Burada nə yemək var, nə də su. Bir şey almaq üçün kilometrlə yolu piyada getmək lazımdır. Burada heç tualet də yoxdur. Bizimlə heyvan kimi davranırlar", - deyə sürücülərdən biri bildirib.
Sürücülər vurğulayıblar ki, İran rəsmiləri onlara: "Xoşunuza gəlmirsə, gedin "Tramp marşrutu"ndan istifadə edin", - deyirlər.
Məlumat üçün əlavə edək ki, İran tərəfindən sürücülərimizə yaradılan maneələrlə bağlı bir necə dövlət qurumuna sorğu göndərsə də, cavab ala bilməyib.
Xatırladaq ki, avqustun 8-də imzalanan bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında "Tramp marşrutu"nun yaradılması nəzərdə tutulur. Bu yol ABŞ şirkətinin nəzarəti altında olacaq. Tehran isə bu təşəbbüsə qarşı sərt mövqe sərgiləyib.(oxu.az)
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










