Banner

İran Ermənistana silah və dron ötürür - FOTO

Xəbərlər 23 Avqust 2023 14:29 Oxunub 654
İran Ermənistana silah və dron ötürür - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İran Ermənistana silah və dron ötürərək onu Azərbaycanla qarşıdurmaya hazırlaşdırır.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Küveytin “Al-Jarida” qəzetinin məlumatında Azərbaycan və İran KİV-ində Hindistanın hərbi maşınlarının İran üzərindən Ermənistana daşınması ilə bağlı videomaterialların dərcindən iki gün sonra İrəvana “külli miqdarda texnika və sursat” gətirildiyi xəbəri verilib.

Qeyd edilib ki, Rusiya, İran və Hindistanın birgə qərarı əsasında çoxlu sayda yüksəkkeyfiyyətli silah-sursat, o cümlədən dronlar, əsgərlərin daşınması üçün izlənilən maşınlar, yer-yer və yer-hava tipli raketlər, həmçinin Rusiya və Hindistan istehsalı olan radar sistemləri son həftələr İran ərazisindən Ermənistana göndərilən yüklərin sırasındadır.

oxu.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh