İran hava məkanının bağlı qalma müddəti yenidən uzadıldı
Xəbərlər
20 İyun 2025 14:23
Oxunub 270

İranda ölkədaxili və beynəlxalq uçuşlara qoyulan qadağanın müddəti uzadılıb.
Avtosfer.az-ın ISNA-ya istinadla verdiyi məlumata görə, bu barədə İslam Respublikasının Mülki Aviasiya Təşkilatı məlumat verib.
"Ölkənin hava məkanı bu gün saat 14:00-a qədər (Bakı vaxtı ilə 14:30) bağlı olacaq", - deyə təşkilatın bəyanatında qeyd olunur.
Xatırladaq ki, İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb. Təxminən bir sutkadan sonra İran cavab zərbələri endirib. Sonrakı günlərdə də tərəflər qarşılıqlı olaraq bir-birini atəşə tutmağa davam ediblər.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













