İran Hörmüz boğazını bağlayacaq? - AÇIQLAMA

"İran parlamenti Hörmüz boğazını bağlamaqla bağlı qərar qəbul etsə, özləri də bilir ki, İranın Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilməsi inandırıcı deyil. Oranı bağlamaq olar, amma bağlı saxlamaq mümkün olmaz. Çünki boğazı bağlı saxlamaq İranın qaldıra biləcəyi yük deyil".
Avtosfer.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, hazırkı vəziyyətdə İran rəhbərliyinin səsləndirdiyi bəyanatlar daha çox daxili auditoriyanı sakitləşdirməyə yönəlib:
"Sanki bir məğlubiyyəti etiraf etməmək üçün siyasi ritorikadır. Reallıq isə odur ki, ABŞ və İsrail artıq əsas məqsədinə çatıb. Sadəcə əsas zəlzələdən sonra müəyyən “avtoşoklar” olan kimi burada da müəyyən raket atışları və gərginliklərin dalğa təsirləri ola bilər. Amma qlobal ölçüdə iqtisadi təsirlərin ən güclüsü baş verib. Bundan sonra qorxulacaq nəsə yoxdur. Hətta neft qiymətləri bu dönəmdə öz maksimumlarını yaşayır. Bir müddət sonra yenidən neft qiymətlərində enişlər olacaq".
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










