İran kəşfiyyatı sosial şəbəkədə məşhur israilliləri belə izləyir

İsrailin daxili təhlükəsizlik xidməti Şin Bet İran kəşfiyyatının fişinq sistemini üzə çıxarıb.
Avtosfer.az-ın www.i24news.tv/ saytına istinadla xəbərinə görə, sistem aşağıdakı kimi işləyir:
Tanınmış şəxsin adından başqa bir tanınmış şəxsə sosial şəbəkədə dostluq göndərilir. Ünsiyyət baş tutduqdan sonra hansısa tədbir və ya elmi konfrana dəvətnamə göndərmək bəhanəsi ilə həmin şəxsin elektron poçt ünvanı istənilir. Dəvətnaməni qəbul edən şəxsin kompüterinə avtomatik olaraq viruis yerləşdirilir. Bu virus sayəsində kompüterdəki bütün məlumatlar İran kəşfiyyatına məlum olur.
İsrail kəşfiyyatındakı mənbə bildirib ki, bu yolla tələyə adətən diqqətsiz istifadəşilər salınır. Lakin Şin Betin fəaliyyəti nəticəsində Tehran öz istədiyinə tam nail ola bilməyib.
Vüqar













