Banner

İran Koreya gəmisini 3 aydan sonra azad etdi

Xəbərlər 9 Aprel 2021 12:45 Oxunub 750
İran Koreya gəmisini 3 aydan sonra azad etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İran Cənubi Koreyanın “Hankuk Çemi” neft tankerini azad edib.

Axar.az xəbər verir ki, bu məlumatı Cənubi Koreyanın Xarici İşlər Nazirliyi yayıb.

Cənubi Koreya tankeri 13 nəfər şəxsi heyəti ilə birgə İran limanını səhər saatlarında tərk edib.

Qeyd edək ki, “Hankuk Çemi” yanvar ayında SEPAH tərəfindən saxlanmışdı. Buna səbəb kimi gəminin ekoloji vəziyyəti pozması göstərilmişdi. Mətbuat isə İranın bu addımı Cənubi Koreyanın İranın 7 milyard dollarlıq aktivlərinə qoyulan həbsi götürməməsinə cavab olaraq atdığını bildirmişdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh