Banner

İran qapılarını dörd ölkə üçün bağladı

Xəbərlər 30 Dekabr 2021 13:50 Oxunub 1646
İran qapılarını dörd ölkə üçün bağladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İranda koronavirusun "Omikron” variantı ilə mübarizə tədbirləri davam edir.

Bu çərçivədə Fransa, İngiltərə, Danimarka və Norveçdən ölkəyə giriş qadağan olunub.

İran dövlət mediasında yer alan xəbərə görə, sözügedən ölkələrdə yaşayan və ya son 14 gün ərzində bu ölkələrdən keçməklə tranzit uçuşlar həyata keçirənlərin İrana girişi qadağan edilib.

İran vətəndaşlarına isə bu qərar şamil olunmayıb.

Həmçinin, diplomatlar da sözügedən qərarın təsirindən azad olunub.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh