Banner

İran Qırmızı dənizdə ABŞ-ın iki pilotsuz aparatını ələ keçirib

Xəbərlər 3 Sentyabr 2022 17:17 Oxunub 1128
İran Qırmızı dənizdə ABŞ-ın iki pilotsuz aparatını ələ keçirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İran Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə ABŞ-ın 5-ci donanmasına məxsus iki pilotsuz su  aparatını ələ keçirib.

İki ədəd “Saildrone Explorer” pilotsuz aparatı İranın “Camaran” esminesinin göyərtəsində görüntülənib. Təsvirləri İran dövlət televiziyası yayıb.

Bildirilib ki, hər iki aparat beynəlxalq dəniz sularında aşkar olunub.

Qeyd edək ki, “Saildrone Explorer” günəşlə işləyən və dəniz trafikinə nəzarət etmək üçün avadanlıqla təchiz edilmiş pilotsuz yelkənli qayıqdır. O, mülki texnologiyalarla təchiz edilib.

ABŞ Hərbi Dəniz Qüvvələrindən bildirilib ki, pilotsuz aparatların göyərtəsində heç bir məxfi məlumat olmayıb.

oxu.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh