İran rəsmisi ölkə limanındakı qaçaqmal yanacağından danışdı
Xəbərlər
23 May 2025 17:41
Oxunub 470

"İran limanında qaçaqmal yanacağı ehtiyatları bir neft emalı zavodunun istehsalı ilə müqayisə edilə bilər".
"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu sözləri Hörmüzqan Əyalətinin Ədliyyə Baş İdarəsinin rəisi Müctəba Qəhramani deyib.
"Kolahi limanında çənlərdə saxlanılan qaçaqmal yanacağının həcmi 21 milyon 500 min litrdən çoxdur ki, bu da neft emalı zavodunun gündəlik hasilatına bərabərdir.
Bu limanda yanacaq qaçaqmalçılığı xroniki və struktur problemdir ki, bir neçə il ərzində formalaşıb və tədricən indiki miqyasına çatıb", - deyə o bildirib.
Müctəba Qəhramaninin sözlərinə görə, hətta limana 10 min "Nissan" markalı yük maşını gətirilsə belə, bu, mövcud qaçaqmal yanacaq ehtiyatlarının tamamilə çıxarılmasına kifayət etməyəcək.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













