Banner

İran Rusiyadan qırıcılar alacaq - İsrail mediası yazır

Xəbərlər 26 Dekabr 2022 17:14 Oxunub 1648
İran Rusiyadan qırıcılar alacaq - İsrail mediası yazır
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiya yaxın vaxtlarda İrana Su-35 döyüş təyyarələri göndərəcək.

Avtosfer.az xəbər verir ki, bu barədə İsrailin "i24news" telekanalı Moskva və Tehran arasında hərbi sövdələşmələri izləyən Qərb kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.

Kanal bildirir ki, bu döyüş təyyarələri Misir üçün nəzərdə tutulan 24 ədəd Su-35 qırıcısıdır. ABŞ-ın təzyiqindən sonra Misir qırıcıları almaqdan imtina edib.

Kəşfiyyat mənbələrinin məlumatlarına görə, iranlı pilotlar artıq bu təyyarələrdə təlim keçir. Bundan əlavə, Tehran Moskvadan hava hücumundan müdafiə sistemləri alacaq.

Bildirilir ki, İran öz növbəsində Rusiyaya əlavə 300 ədəd "Şahed-136" kamikadze pilotsuz uçuş aparatları verəcək.

Modern.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh