İran səfiri erməni hərbçilərlə birgə Azərbaycan sərhədinə gəldi - RƏZİL FOTO
Xəbərlər
4 Avqust 2021 12:35
Oxunub 812
İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zoxuri və səfirliyin hərbi attaşesi Bəhmən Sadegin Ermənistan Müdafiə Nazirliyinin nümayəndələrinin müşayiəti ilə Ermənistan-Azərbaycan sərhədində yerləşən Basarkeçər rayonunun Yuxarı Şorca kəndini ziyarət ediblər.
Bu haqda Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Erməni hərbçilər İran səfirini sərhəddəki vəziyyətlə tanış ediblər.
Səfir son qarşıdurmalarda ölən erməni hərbçilərin ailələrinə başsağlığı verib. Beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət edilməsinin vacibliyini vurğulayan səfir, eyni zamanda Cənubi Qafqazda davamlı sülhün təmin edilməsinin bölgə xalqlarının maraqlarından qaynaqlandığını söyləyib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR