Banner

İran Türkiyə ilə quru sərhədlərini bağladı

Xəbərlər 24 Dekabr 2021 15:49 Oxunub 982
İran Türkiyə ilə quru sərhədlərini bağladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İran Türkiyə ilə bütün sərhəd-keçid məntəqələrini 15 gün müddətinə bağlamaq qərarına gəlib.

Avtosfer.az xəbər verir ki, qərar dekabrın 24-ü gecə saat 00:00-dan etibarən qüvvəyə minib.

Türkiyə bunun İran tərəfindən verilmiş tək tərəfli qərar olduğunu və İranın sərhədləri hansı səbəbdən bağlamasının aydın olmadığını vurğulayıb.

Sözügedən qərara əsasən, İslam Respublikasında yaşamaq icazəsi olan şəxslər, təhsil vizası olanlar (İranda təhsil alan universitet və mədrəsə tələbələri), giriş vizası (tacir və iş adamları), iş icazəsi, sağlamlıq vizası, eləcə də investor vizası almış şəxslər və pasportlarına immiqrasiya polisi tərəfindən çıxış möhürü vurulmuş şəxslər sərhəddən keçə biləcək.

“Qafqazinfo”

ŞƏRH YAZ
Ad

E-mail

Şərh