Banner

İran valyutası rekord həddə düşdü

Xəbərlər 22 Yanvar 2023 22:35 Oxunub 1364
İran valyutası rekord həddə düşdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İran valyutası rial Avropa İttifaqının İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) və ayrı-ayrı rəsmilərə qarşı sanksiyaları səbəbindən dollar qarşısında rekord minimuma düşüb.

Qara bazarda dollar 447 min riala satılıb. Bir gün əvvəl isə xarici valyuta 430.500 rial olub.

Dolların bahalaşmasının səbəblərindən biri xarici valyuta və qızıl almaqla əmanətlərini qorumağa çalışan iranlılar arasında ona tələbatın kəskin artması olub.

İranda ümummilli etirazlar başlayandan rial 29% dəyərini itirib. Həmçinin, dəyərin aşağı düşməsinə Qərbdən Tehrana siyasi təzyiqlər və neft tankerlərinə məhdudiyyətlərin qoyulması səbəb olub. (report)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh