İran və İsrail hava məkanını bağladılar

İran öz hava məkanının bağlandığını elan edib.
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Al Mayadeen" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Telekanal bildirib ki, İranın hava məkanı növbəti bildirişə qədər bağlıdır.
İsrail hakimiyyəti də İrana zərbələrdən sonra ölkənin hava məkanının növbəti bildirişə qədər bağlandığını elan edib.
"Nəqliyyat Nazirliyi Bildirir ki, İsrail Dövlətinin hava məkanı növbəti bildirişə qədər eniş və qalxışlar üçün bağlıdır. Bağlanmanın məqsədi sərnişinlər və təyyarələr üçün riskləri azaltmaqdır", - Nəqliyyat Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir.
Ben-Qurion hava limanının - İsrailin əsas beynəlxalq hava qapısının Mətbuat Xidməti bütün terminalların bağlı olduğunu vurğulayıb.
"Ben-Qurion hava limanı növbəti bildirişə qədər gəliş və gedişlər üçün bağlıdır. Sərnişinlərdən hava limanına gəlməmələrini və aviaşirkətlərin məlumat yeniləmələrini izləmələrini xahiş edirik", - hava limanından bildirilib.
Daha əvvəl İsrail hakimiyyəti İrana, o cümlədən ölkənin müxtəlif bölgələrindəki nüvə obyektlərinə zərbələr endirildiyini elan edib. İsrail Baş naziri Benyamin Netanyahu bu əməliyyatın məqsədinin İranın nüvə proqramını pozmaq olduğunu bildirib və zərbələrin davam edəcəyi barədə xəbərdarlıq edib. Bu şəraitdə İsrailin özündə xüsusi vəziyyət elan edilib, təhsil müəssisələri bağlanıb, müəssisələrin işi məhdudlaşdırılıb, kütləvi toplaşmalar qadağan edilib. Əhaliyə İran tərəfindən gözlənilən cavab hücumu halında sığınacaqların yaxınlığında olmaq tapşırılıb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










