Banner

İrana gedən Azərbaycan vətəndaşlarının sayı 29,1 faiz azalıb

Xəbərlər 20 İyun 2023 13:18 Oxunub 462
İrana gedən Azərbaycan vətəndaşlarının sayı 29,1 faiz azalıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

2022-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 19,5 faiz artaraq 633,6 min nəfər olub.

Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən xəbərə görə, Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,9 dəfə, Gürcüstana gedənlərin sayı 36,5 faiz artıb, İrana gedənlərin sayı 29,1 faiz, Türkiyəyə gedənlərin sayı 0,4 faiz azalıb.

Ölkə vətəndaşlarının 39,0 faizi Türkiyəyə, 24,3 faizi Rusiya Federasiyasına, 9,4 faizi Gürcüstana, 7,9 faizi İrana, 19,4 faizi digər ölkələrə səfər edib. Gedənlərin 69,5 faizini kişilər, 30,5 faizini qadınlar təşkil edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh