Banner

İranda 100 mindən çox tibb bacısı COVID-19-a yoluxub

Xəbərlər 31 Avqust 2021 19:09 Oxunub 1564
İranda 100 mindən çox tibb bacısı COVID-19-a yoluxub
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İranda 100 min nəfərdən çox tibb bacısı yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Bunu İranın Tibb bacısı işçiləri sisteminin İdarə Heyətinin sədri Armin Zareiyan deyib.

O bildirib ki, koronavirusa yoluxan tibb bacılarının 30 min nəfəri Tehrandakı xəstəxanalarda çalışıb.

A. Zareiyan qeyd edib ki, peyvənd edilmiş 30 tibb bacısı koronavirusun “Delta” ştammına yoluxub.

O qeyd edib ki, 24 saatlıq fəaliyyət tibb bacılarını yorub və onların depressiyaya düşmək təhlükəsi var.

Xatırladaq ki, ekspertlər İranda tibb bacılarının sayının normadan aşağıda olduğu qənaətindədir. Ekspertlər bildirir ki, tibb bacılarının maaşları onların rifahını təmin edəcək həddə deyil. Bu səbəbdən də İrandakı tibb bacıları başqa ölkələrdə xidmət etmək üçün ölkəni tərk edir./Apa

ŞƏRH YAZ
Ad

E-mail

Şərh