İranda Azərbaycanın 2 media qurumu barədə ölüm fətvası verildi

İranın Azərbaycanca yayın yapan dövlət nəzarətindəki “Səhər TV” kanalı Azərbaycanda fəaliyyət göstərən iki media quruluşunu - Baku TV və Lent.az saytını açıq şəkildə ölüm fətvası ilə təhdid edib.
“Səhər TV”nin yayımladığı verilişdə aparıcı Qəhrəman Nurani bildirib ki, Azərbaycanın ərazisindən İsrailin İrana qarşı hücumlarında istifadə edilməsi ilə bağlı iddiaların əsassız olduğu artıq İranın özünün də etiraf etdiyi bir gerçəklikdir. İran Xarici İşlər Nazirliyi bununla bağlı rəsmi açıqlama verərək, indiyədək Azərbaycanın adını hallandırdıqları ittihamların yalan olduğunu faktiki olaraq etiraf edib.
Lakin həmin proqramın aparıcısı diqqəti Azərbaycandakı media orqanlarına yönəldərək, Baku TV və Lent.az saytının İranın ali dini liderini (Aliməqamlı Rəhbər) təhqir etdiyini iddia edib. Daha sonra isə deyib ki, İranın böyük ayətullahlarının verdiyi ölüm fətvaları bu media quruluşlarına da şamil olunur.
Aparıcı eyni zamanda qeyd edib ki, Azərbaycanda həm ayətullah Həməninin, həm də bu fətvaları verən digər ayətullahların, o cümlədən Mekarim Şirazinin çoxsaylı tərəfdarları mövcuddur. O, əslində "təqlidçi"lərə şifrə verərək çağırış edib ki, artıq "müharib" vəziyyətində olan bu iki media quruluşuna qarşı “cəzalandırıcı tədbirlər” görsünlər.
Bununla faktiki olaraq İran televiziyası Azərbaycanda fəaliyyət göstərən iki media orqanına qarşı dini əsaslı terror çağırışları edib və ölüm fətvası təhlükəsini gündəmə gətirib.
Xatırladaq ki, son dövrlər İranın bəzi rəsmi dairələri və mətbuat orqanları Azərbaycanın suverenliyinə və daxili işlərinə qarışan açıqlamalar verir, təhdid dilindən istifadə edir. Azərbaycan ictimaiyyəti isə bu cür davranışları qətiyyətlə pisləyir və ölkənin müstəqil mediasına qarşı dini ekstremizm zəminində təhdidlərin qəbuledilməz olduğunu bəyan edir. (musavat)
Avtobusda soyğunçuluq edən 3 nəfər saxlanıldı - VİDEO
Prezident məmurları topladı - Müşavirə keçirilir - FOTO
Dumanlı hava şəraiti səbəbindən görünüş məhdudlaşacaq
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Zəif maqnit qasırğası proqnozlaşdırılır - Günəşdə aktivlik artıb
Azərbaycanda bu taksi şirkəti bağlanır
Vəfadan maşın-pul alanı Allah görbagor etsin - Kərimov - FOTO
Prezident İlham Əliyev deputatla bağlı sərəncam verdi - FOTO
Bakıda yeni avtomobil və piyada tunellərinin tikintisinə başlanıldı - FOTO - VİDEO
Dövlətə xəyanət edib başqa ölkəyə işləyən silahlı şəxs həbs olundu - DTX-dan ƏMƏLİYYAT
Nəsimi rayonuna rəhbərlik bu xanıma tapşırıldı - FOTO











