İranda baş verən proseslərə İlham Əliyevdən münasibət

Azərbaycan Prezidenti İlham Əliyev İran ətrafında baş verən proseslərə münasibət bildirib.
Avtosfer.az xəbər verir ki, Dövlət başçısı Davosda “Euronews” televiziyasına müsahibəsində vurğulayıb ki, hər bir ölkə yalnız öz sərhədləri daxilində deyil, həm də sərhədlərindən kənarda baş verən sabitlik məsələlərini diqqətdə saxlamalıdır.
İlham Əliyevin sözlərinə görə, mövcud risklər əsasən xarici mənbələrdən qaynaqlana bilər. Bu baxımdan, Azərbaycanın qonşuluğunda sabitlik məsələsi daim diqqət mərkəzində saxlanılır və İran ətrafında mümkün destabilizasiya ehtimalları narahatlıq doğurur.
Dövlət başçısı vurğulayıb ki, regionda sabitlik, proqnozlaşdırıla bilənlik və sülh Azərbaycan üçün əsas dəyərlərdir. O əlavə edib ki, Azərbaycan işğal və müharibənin ağır nəticələrini yaşamış, minlərlə insan itirmiş ölkədir və bu təcrübə bir daha göstərir ki, hər bir dövlət üçün uğurun yeganə yolu təhlükəsizlik və sabitlikdir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










