İranda gənclər öz orqanlarını satışa çıxarırlar - VİDEO
Xəbərlər
28 Dekabr 2022 23:16
Oxunub 1658

İranda çarəsiz gənclər öz orqanlarını satışa çıxarırlar.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Bu gün vətəndaşlardan biri Tehranın mərkəzindəki Pasdaran küçəsində yerləşən xəstəxananın önünə vurulan insan orqanları satışına dair elanları videoya çəkib.
“Hər yer böyrək satışı ilə bağlı elanlarla doludur. Elan verənlərin əksəriyyəti 26-30 yaşlarında gənclərdir. Bu da molla rejiminin xalqa bəxş etdiyi “firavan həyat”...” - deyə o, ürək ağrısı ilə qeyd edib. (oxu.az)
ŞƏRH YAZ













