Banner

İranda hicabsız qadınlar metroya BURAXILMADI

Xəbərlər 5 Aprel 2023 13:49 Oxunub 804
İranda hicabsız qadınlar metroya BURAXILMADI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İranda hicab qaydalarına riayət etməyən qadınlara qarşı təzyiqlər artıb.

Avtosfer.az xəbər verir ki, aprelin 4-də İsfahan şəhərində hicab qaydalarına riayət etməyən qadınların metroya girişinə icazə verilməyib.

İsfahan metro dayanacaqlarının girişində "Hicabsız şəxslərə bilet satılmayacaq" məzmunlu xəbərdarlıq bildirişləri yerləşdirilib.

Məlumata görə, bir neçə stansiyada metroya buraxılmayan qadınlarla məmurlar və nəzarətçilər arasında insident yaşanıb.

Modern.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh