Banner

İranda iki sərnişin artıq çəki səbəbindən təyyarədən endirilib

Xəbərlər 12 Yanvar 2023 16:49 Oxunub 758
İranda iki sərnişin artıq çəki səbəbindən təyyarədən endirilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İranın paytaxtı Tehranın Mehrabad hava limanında uçmağa hazırlaşan sərnişin təyyarəsində 2 sərnişin artıq çəki səbəbindən endirilib.
Avtosfer.az xəbər verir ki, adı açıqlanmayan sərnişinlərdən biri Mehr Xəbər Agentliyinə danışaraq baş verənlərə münasibət bildirib.

"Tehran-Xürrəmabad reysinə hazırlaşan sərnişin təyyarəsində çox ağırlıq olduğu əsas gətirilərək iki könüllüdən təyyarədən enmələri istənildi. 2 saat təyyarədə gözlədik. Mən və bir sərnişin düşdü və təyyarə Mehrabad hava limanından qalxdı" ,- deyə sərnişin qeyd edib.

Sərnişin əlavə edib ki, aviaşirkət bilet satışı zamanı təyyarənin vəziyyətini və sərnişin sayını hesablamalı idi.

Sonxeber.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh