Banner

İranda minlərlə abonentin qaz təchizatı kəsildi

Xəbərlər 15 Yanvar 2023 08:46 Oxunub 790
İranda minlərlə abonentin qaz təchizatı kəsildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İranda havaların kəskin soyuması səbəbindən minlərlə abonent qazsız qalıb.

Bu barədə Bloomberg agentliyi ölkənin şimal-şərqindəki Rəzəvi Xorasan vilayətinin qubernatoru Yaqub-Əli Nəzəriyə istinadən məlumat yayıb.

“Rəzəvi Xorasanda ən azı 90 min istehlakçının qaz təchizatı dayandırılıb” deyə qubernator bildirib.

Rəsmilər bildiriblər ki, İranda son on ilin ən soyuq havası müşahidə olunur və bu da qaza rekord yüksək tələbat yaradıb.

İstilik təchizatına görə bu gün əksər vilayətlərdə dövlət və özəl müəssisələr tətilə buraxılıb. (apa)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh