Banner

İranda onlarla məktəbli qız zəhərləndi

Xəbərlər 9 Aprel 2023 12:00 Oxunub 1328
İranda onlarla məktəbli qız zəhərləndi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İranın Xuzistan, Ərdəbil və Qərbi Azərbaycan əyalətlərində onlarla məktəbli qız zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Bu haqda Heftkel Sağlamlıq və Müalicə Mərkəzinin rəhbəri Maziyar Mövlayi açıqlama verib.

Mövlayi bildirib ki, şəhərdəki Hacer Liseyində bəzi şagirdlərin səhhətinin pisləşdiyi xəbərini aldıqdan sonra təcili tibbi yardım qrupları sözügedən məktəbə gedib, bəzi qız şagirdlər isə xəstəxanaya aparılıb.

O, xəstəxanaya yerlşdirilən şagirdlərin vəziyyətinin yaxşı olduğunu deyib.

Qeyd edək ki, İranda 3 aydan artıq müddətdə 230 məktəbdə 5 mindən çox qız şagird zəhərlənib.(qafqazinfo)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh