Banner

İranda polislər intihardan qurtardıqları şəxsi amansızcasına döydülər   - VİDEO

Xəbərlər 10 Sentyabr 2021 15:21 Oxunub 698
İranda polislər intihardan qurtardıqları şəxsi amansızcasına döydülər    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İranın paytaxtı Tehranda polislər intihar etmək istəyən gənci fikrindən daşındırsalar da, daha sonra onun əlini-qolunu bağlayaraq amansızcasına döyüblər.

Qeyd olunur ki, hadisə sentyabrın səkkizində Tehranın Piroozi küçəsində baş verib.

Hadisə ətrafda yaşayan sakinlər tərəfindən mobil telefona çəkilərək sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdə polislərin gənci intihardan çəkindirdiyi daha sonra isə onu qandallayaraq təpikləməyə başladığı aydın görünür.

Polisin bu qəddar hərəkəti sosial şəbəkə istifadəçiləri tərəfindən qəzəblə qarşılanıb.

Mənbə: İrankargar.com

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh