İranda spirtli içki aludəçilərinin sayı artdı

İranda spirtli içkilərdən istifadə edənlərin sayının artıb. Bununla yanaşı, alkoqoldan asılılığın müalicəsi mərkəzlərinə gələnlərin sayı da xeyli artıb. Avtosfer.az Axar.az-a istinadən xəbər verir ki, bu haqda İranın "Ruydad 24" xəbər saytı məlumat yayıb. "Spirtli içkilərin istehlakı keçmişlə müqayisədə xeyli artıb və bu, qeyri-qanuni olduğu üçün bir çox işbazlar keyfiyyətsiz maddələrdən və ya sənaye spirtindən istifadə edirlər, bu da istehlakçıların həyatını təhlükəyə atır", - məlumatda deyilir.
Məlumatda bildirilib ki, xüsusən son 3 il ərzində qanunsuz spirtli içkilərin satışı bir neçə dəfə artıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının 2022-ci il hesabatına görə, İran spirtli içkilərdən istifadə edənlərin sayına görə 189 ölkə arasında 9-cu yeri tutub.














