İranda toyda atışma: ölən və yaralananlar var
Xəbərlər
1 Mart 2023 21:44
Oxunub 1074

İranda toy mərasimində atışma olub.
Bu barədə “Tasnim” agentliyi Fars əyalətinin polis idarəsinə istinadən məlumat yayıb.
“Kirokarzin şəhərində toyda baş verən atışma nəticəsində təəssüf ki, iki nəfər həlak olub, beş nəfər yaralanıb, onlar xəstəxanaya yerləşdirilib”, - məlumatda bildirilir.
Qeyd olunur ki, hücum edən şəxs hadisə şahidləri tərəfindən müəyyən edilib, o, polisə gələrək təslim olub.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













