İranda vurulan Ukraynaya məxsus təyyarə ilə bağlı istintaq bitib

Xəbərlər 30 Dekabr 2020 15:00 Oxunub 920
İranda vurulan Ukraynaya məxsus təyyarə ilə bağlı istintaq bitib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İranın paytaxtı yaxınlığında vurulan Ukraynaya məxsus təyyarə qəzası ilə əlaqədar istintaq tamamlanıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə İran Yol və Şəhərsalma naziri Məhəmməd İslami bildirib.

“Fəlakətin nəticələrinin (istintaqının) yekunlaşdırılması başa çatdırıldı, yekun hesabat həm ingilis, həm də fars dilində çap olunub və əlaqəli olan bütün tərəflərə ötürülüb”, - deyə iranlı nazir bildirib.

Xatırladaq ki, bir neçə gün öncə Tehran Kiyevə İranın paytaxtı yaxınlığında vurulan Ukraynaya məxsus “Boeing 737-800” sərnişin təyyarəsi ilə bağlı hesabat təqdim edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh