İranda yerli dərmanla peyvəndləmə başlandı
Xəbərlər
12 İyun 2021 14:46
Oxunub 1142

Məşhəd şəhərində İranın koronavirusa qarşı yerli istehsalı olan "COVIran Barakat" dərmanı ilə peyvəndləmə başlanılıb.
Avtosfer.az Report-a istinadən xəbər verir ki, Məşhəd Tibbi Elmlər Universitetinin səhiyyə vitse-kansleri Seyid Kazım Fərəhmənd 3350 doza dərmanın onlara çatdırılıdığını bildirib: “Müqəddəs Məşhəd şəhəri İranın "COVIran Barakat" dərmanının vurulduğu dörd şəhərdən biridir”.
Universitet nümayəndəsi yaxın vaxtlarda 65 yaşdan yuxarı şəxslərin peyvəndlənməsinə başlanılacağını, 70-75-80 yaş qruplarında isə davam etdiriləcəyini deyib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













