İrandakı partlayışın səbəbi açıqlandı - VİDEO
Xəbərlər
26 Aprel 2025 17:30
Oxunub 452

Məsud Pezeşkian hökumətinin sözçüsü Fatemeh Mohacerani Rəcai Limanında baş verən partlayışla bağlı ilkin detalları açıqlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə İran mətbuatı yazıb.
"İndiyə qədər müəyyən edilən odur ki, bu limanın bir küncündə saxlanılan və ehtimal ki, kimyəvi maddələr olan konteynerlər partlayıb", - deyə o qeyd edib.
O bildirib ki, yanğın tam söndürülənə qədər hadisənin səbəbi və mahiyyəti ilə bağlı dəqiq və ekspert rəyi vermək çətin və vaxt aparacaq.
Xilasetmə və Yardım Təşkilatının hesabatına görə, partlayış nəticəsində xəsarət alanların hamısı ərazidən təxliyə edilib və hazırda yanğınsöndürənlər yanğını söndürürlər.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













