Banner

İrandan Azərbaycana 10 kiloqram narkotikin keçirilməsinin qarşısı alındı

Xəbərlər 15 May 2025 12:53 Oxunub 282
İrandan Azərbaycana 10 kiloqram narkotikin keçirilməsinin qarşısı alındı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İrandan Azərbaycana 10 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Avtosfer.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 11-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Axtarış tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 10 kiloqram 320 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh