Banner

İrandan Azərbaycana 11 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

Xəbərlər 6 Aprel 2023 10:47 Oxunub 2100
İrandan Azərbaycana 11 kq narkotik keçirilməsinin qarşısı alınıb  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İrandan Azərbaycana 11 kq narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə Avtosfer.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, aprelin 5-də saat 22:10-da “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində DSX və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə keçirdiyi tədbirlər nəticəsində ümumi çəkisi 11 kiloqram 300 qram narkotik vasitənin və 1000 ədəd Metadon M-40 psixotrop həblərin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh