İrandan Azərbaycana 21 kq-dan çox narkotik keçirmək istədilər
Xəbərlər
1 Dekabr 2025 12:41
Oxunub 210

İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Bu barədə Avtosfer.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Belə ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 21 kiloqram 745 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














