İrandan Azərbaycana keçən 4 Əfqanıstan vətəndaşı tutulub - FOTO

Sentyabr ayının 29-da saat 01:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin, Cəlilabad rayonunun Gülməmmədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd edərkən 4 (dörd) nəfər Əfqanıstan Respublikasının vətəndaşı - 1993-cü il təvəllüdlü Rəşidi Abdulmunir Abdulxayum, 2002-ci il təvəllüdlü Reza Aciqzey Muhammed, 2002-ci il təvəllüdlü Tur Emran Abdulsəməd və 2003-cü il təvəllüdlü Bəxtiyar Muhammedrəsulafqan Neqmuhammad saxlanılıblar.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Məlumata görə, araşdırma zamanı saxlanılan şəxslərin dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına, daha sonra Rusiya Federasiyasına keçməklə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyən edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO











