Banner

İrandan külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı - FOTO

Xəbərlər 14 Oktyabr 2023 12:40
İrandan külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Oktyabrın 14-də saat 00:45-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonu Abdinli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 23 kiloqram 962 qram narkotik vasitə (16 kq 704 qr marixuana, 4 kq 610 qr tiryək, 0.306 kq metamfetamin və 1590 ədəd Metadon M-40 psixotrop tərkibli həb) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İrandan külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı (FOTO)

Oxunub 678
ŞƏRH YAZ
Ad

E-mail

Şərh