İrandan Naxçıvana keçən avtomobildə narkotik aşkarlandı - FOTO

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun idxal nəzarət xəttinə daxil olan, İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına şüşə yükü aparan 33AJN254/33ANC530 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi risk meyarı əsasında yoxlanılıb.
Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, yoxlama zamanı yük nəqliyyat vasitəsindən şəffaf sellofana bükülmüş, kəskin iyli, tünd qəhvəyi rəngli, ümumi təmiz çəkisi 7,369 qram narkotik vasitə-həşiş qətranı, həmçinin kabində idman çantasının içərisində 11 həb “Tramadol” dərman preparatı aşkarlanıb.
Sonra yük nəqliyyat vasitəsinin sürücüsünün üzərində şəxsi yoxlama həyata keçirilib. Sürücünün əynindəki şalvarın sağ cibində olan siqaret qutusunun içərisində isə gömrük nəzarətindən gizlədilmiş iki ədəd sellofan paketdə, ümumi təmiz çəkisi 17,393 qram narkotik vasitə - marixuana aşkar olunub.
Xatırladaq ki, "Tramadol" Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO











