Banner

İrandan qaçaqmalçılıq yolu ilə siqaret gətirilməsinin qarşısı alınıb - FOTO

Xəbərlər 15 Aprel 2022 14:58 Oxunub 2046
İrandan qaçaqmalçılıq yolu ilə siqaret gətirilməsinin qarşısı alınıb   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Aprelin 13-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin əməkdaşları tərəfindən külli miqdarda tütün məmulatlarının qanunsuz olaraq ölkəyə gətirilməsinin qarşısı alınıb.

Bu barədə Avtosfer.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastava­sının xidməti sahəsində işarəverici qurğudan dövlət sərhədinin pozulması haqqında daxil olmuş siqnal əsasında sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, əraziyə hərəkət edən sərhəd naryadı 4 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib. Sərhəd naryadının “Dayan” əmrinə baxmayaraq, sərhəd pozu­cu­ları əllərin­dəki qaçaqmalı yerə ataraq ərazinin relyefindən istifadə edib geriyə qaç­ıblar. Həyata keçirilmiş axtarış tədbirləri nəticəsində ərazidə aşkarlanmış 7 ədəd bağlamaya baxış keçirilərkən 8 380 qutu (4330 qutu “Marlboro” və 4050 qutu “KENT” markalı) siqaretləri aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh