Banner

İranın 12 əyalətində avtomobil yollarını su basıb, ölənlər var

Xəbərlər 29 İyul 2022 13:38 Oxunub 1150
İranın 12 əyalətində avtomobil yollarını su basıb, ölənlər var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İranın 12 əyalətində əlverişsiz hava şəraiti avtomobil yollarında müəyyən çətinliklər yaradıb.

Avtosfer.az xəbər verir ki, bunu İran Yol hərəkəti və İnformasiya İdarəsi Mərkəzinin rəisi Əhməd Şirani bildirib.

Onun sözlərinə görə, Gilan, Mazandaran, Gülüstan, Tehran, Qum, İsfahan, Yəzd, Çahar-Mahal və Bəxtiyari, Kohiluye və Buyer-Əhməd, Fars, Kirman və Buşəhr əyalətlərinə yağan güclü leysan yağışları nəticəsində avtomobil yollarını su basıb.

Həmçinin bəzi yerlərdə dağıntılar əmələ gəlib.

Qeyd edək ki, İrana yağan güclü yağışlar nəticəsində ölənlər, yaralananlar və itkin düşənlər var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh