İranın “Homa” aviaşirkəti Tehran-Bakı təyyarə reyslərini açır
Xəbərlər
19 Aprel 2022 16:18
Oxunub 1120

İranın “Homa” aviaşirkəti Tehran-Bakı reyslərinin həyata keçirilməsinə başlayır.
Aprelin 25-dən başlayaraq uçuşlar hər həftənin bazar ertəsi həyata keçiriləcək. Yerli vaxtla saat 13:00-da Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanından qalxan “Airbus A319” təyyarələri saat 13:55-də Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcək. Təyyarə Bakı vaxtı ilə saat 14:55-də geri dönəcək.
Şirkət yay aylarında reyslərin sayının artırılması barədə plan hazırlayır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













