Banner

İranın vurduğu Ukrayna təyyarəsi yenidən gündəm oldu - VİDEO

Xəbərlər 4 Mart 2022 16:57 Oxunub 1078
İranın vurduğu Ukrayna təyyarəsi yenidən gündəm oldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Azad İran” “Youtube” kanalı İranın vurduğu Ukrayna təyyarəsi barədə süjet hazırlayıb.

Qeyd edilib ki, Ukrayna Rusiya müharibəsinin davam etdiyi günlərdə təqribən iki il öncə Tehran səmasında İslam İnqilabının Keşikçiləri Korpusu, yəni “Sepah” tərəfindən vurulan Ukrayna sərnişin təyyarəsi mövzusu qəribə bir şəkildə gündəmə gəlib.

Belə ki, fevral ayının 28-də Ukrayna Təyyarəsi Qurbanlarının Ailələri Birliyinin üzvləri Ukraynanın İrandakı səfirliyinin önündə aksiya keçirdilər və Ukraynaya dəstəklərini ifadə etdilər.

Aksiyada “Ukrayna xalqının yanındayıq”, “Rusiyaya ölüm”, “Putinə ölüm”, kimi şüarlar səslənib. Bu şüarlardan narahat olan İran hakimiyyətinin təhlükəsizlik qüvvələri aksiyanı zorakılıqla dağıdıblar.

Daha ətraflı süjetdə:

oxu.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh