İranın yanacaq sistemini bu ölkələr çökdürüb
Xəbərlər
31 Oktyabr 2021 16:16
Oxunub 2484

İranın yanacaq sisteminə kiberhücumun arxasında ABŞ və İsrail dayanır.
Axar.az xəbər verir ki, bu sözləri İran Mülki Müdafiə Təşkilatının rəhbəri, briqada generalı Qulam Rza Cəlali deyib.
O bildirib ki, bundan öncə dəmiryol şirkətinə, ötən həftə isə yanacaq satışı sisteminə hücumun ABŞ və İsrail tərəfindən gerçəkləşdirildiyi araşdırmalarla təsdiqlənib.
Qeyd edək ki, iyunda Buşəhr AES-ə, iyulda Dövlət Dəmiryol Şirkətinə, 27 oktyabrda isə benzin satışı sisteminə kiberhücum həyata keçirilib.
Son hücum nəticəsində benzin satışı sistemi tam çökmüş və satış dayanmışdı.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













