Banner

İranın Yol və Nəqliyyat Təşkilatının ekspertləri Bakıya səfər edəcək

Xəbərlər 9 Noyabr 2021 16:14 Oxunub 4038
İranın Yol və Nəqliyyat Təşkilatının ekspertləri Bakıya səfər edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İranın Yol və Nəqliyyat Təşkilatının ekspertlərindən ibarət nümayəndə heyəti Bakıya səfər edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Yol və Nəqliyyat Təşkilatının beynəlxalq nəqliyyat və tranzit ofisinin baş direktoru Məhəmməd Cavad Hidayəti deyib.

 

O bildirib ki, səfər yaxın iki həftə ərzində baş tutacaq: “Səfər zamanı İran yük maşınlarının problemləri araşdırılacaq".

Onun sözlərinə görə, İran və Azərbaycan nəqliyyat və yol təşkilatlarının nümayəndələri xüsusi komitə çərçivəsində müzakirələr aparacaq: “Ümid edirik ki, bu müzakirələrin yaxşı nəticələri əldə olunacaq. İran yük maşınlarının Azərbaycan ərazindən keçməsi təmin ediləcək”.

O qeyd edib ki, İrandan Azərbaycana quru yolla səfər hazırda mümkün deyil: “Bunun səbəbi Azərbaycan tərəfinin hələlik turist vizası verməməsidir. Sərnişin avtobuslarının nizamlı şəkildə İrandan Azərbaycana səfəri mümkün deyil".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh